Almaniya kansleri Olaf Şolz “Corriere della Sera” qəzetinə müsahibəsində deyib ki, Ukrayna qəbul meyarlarına cavab verdikdə Avropa İttifaqının bir hissəsi ola biləcək.
O bildirib ki, Ukrayna artıq Avropa ailəsinin bir hissəsidir və Berlin Aİ-yə daxil olmaq prosesində Kiyevə dəstək vermək niyyətindədir.
“Hər kəsə aydındır ki, Aİ-yə qəbul yalnız bütün meyarlara cavab verdikdən sonra baş verə bilər”, – kansler deyib.
Scholz əlavə edib ki, Avropa İttifaqı da öz növbəsində yeni üzvləri qəbul edə bilmək üçün bir sıra vəzifələri yerinə yetirməlidir.
Mənbə: gazeta.ru
DOĞRU.AZ

























