Kansler Olaf Şolzun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) Hessen federal əyalətində keçirilən regional seçkilərdə uduzaraq, alınan səslərə görə antirekord vurub.
Bu barədə “Spiegel” jurnalının materialında deyilir.
İlkin nəticələrə görə, Sosial Demokratlar yalnız 15,1% səs toplayıb. Nəşr qeyd edir ki, Hessendəki SPD heç vaxt bu qədər az səs toplamamışdı. Hətta fəlakətli 2018-ci il seçkilərinin nəticəsi 4,7 faiz bəndi yüksək idi.
Bunun əksinə olaraq, Hessenin baş naziri Boris Reynin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) 34,6% səslə qələbəni qeyd edir. Xristian Demokratlar son seçkilərlə müqayisədə xeyli irəliləyiş əldə ediblər.
Mənbə: Haber Global