Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, “KamAZ” yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova həyatını itirib. 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ




























