image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1709135426259backend

Sosial şəbəkələr artıq ictimai-siyasi təsir meydanıdı – YAZGÜL ABDİYEVA

image-728x90px

Müasir dövrdə insanların bütün dünyada ən geniş istifadə etdikləri məlumat mənbəyi sosial şəbəkələrdir və bu artıq ictimai-siyasi təsir meydanıdır.

Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə edirlər. Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, gənc nəslin psixologiyasına və tərbiyəsinə, ictimai davranış qaydalarına ciddi təhlükələr yarada bilir.

Ona görə də sosial media günümüzün aktual məsələlərindəndir.

Sosial media indiki zamanda insanların həyatında mühim yer tutur.

Sosial media ilə televiziya arasında çox fərq var. Hazırda internetlə kim nə istəyir paylaşır, kim nəyə istəyir baxır. Hansını seçəcəyimiz isə artıq bizə bağlı məsələdir. Sağlam düşüncəli insanlara bu çətinlik yaratmaya bilər. Lakin zəif, sarsıntı keçirmiş insanların psixologiyasına bir çox mənfi xəbərlər təsir edir. İntihara təşviqi, şiddəti təbliğ edən kontentlər göstərmək və ya uşaqlara zərərli vərdişlər, mənasız görüntülər göstərmək onları təhlükəli addımlar atmağa düçar edə bilər.

Sosial mediada əsasən milli-mənəvi dəyərlərimizin təblğinə yönəlik xəbərlər, kontentlər hazırlanmalıdır. Biz uşaqların və yeniyetmələrin milli ruhda tərbiyəsinə, inkişafına, təhsilinə və sağlam cəmiyyətin bir vətəndaşı kimi formalaşmalarına çalışmalıyıq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki