RİA Novosti xəbər verir ki, Şotlandiya hökuməti narkotik vasitələrin saxlanmasının dekriminallaşdırılmasını təklif edib.
Sənəddə deyilir: “Bu addım narkotik maddə saxlamaqla tutulan insanlara cinayət məsuliyyəti və cəmiyyətdən təcrid olunmaq əvəzinə müalicə və dəstək almağa imkan verəcək”.
Hökumət qeyd edib ki, cinayəti olmasa, müalicə alan insanlar iş tapmaq şanslarını artıracaq.
O, həmçinin deyir ki, qanunvericiliyə edilən dəyişiklik narkotik istifadəsi üçün zərərin azaldılması tədbirlərinin həyata keçirilməsini asanlaşdıracaq.
Mənbə: RİA Novosti