image-2000x150px
image-123
image-ads_atlas
image-837fd362-1a16-31d8-b55f-04c9a5950242_850backend

Soydaşlarımız BMT-nin binası önündə aksiya keçirdi – FOTO

image-728x90px

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib.

Dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutub.

Əllərində Azərbaycan və Türkiyə bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar tutan həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər.

Onlar ətrafdan keçən yerli və xarici diplomatları, beynəlxalq ictimayyətin nümayəndələrini Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı işğalçılıq siyasəti barədə məlumatlandırıblar.

Nümayişdə çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımların atılmasını tələb ediblər.

Aksiya iki saat davam edib və Nyu-York polisi tədbirdə iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki