image-2000x150px
image-123
image-ads_atlas
image-seventimes_2a54b65ceae1852c348a83429478420b_gsumlk9i24xfvj051zq3-scaledbackend

Spiker Tahir Kərimlinin çıxışına sərt reaksiya verib

image-728x90px

Deputat Tahir Kərimlinin Milli Məclisə yeni avtomobillərin verilməsi təklifi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub. 

Deputat çıxışı zamanı parlamentdə uzun illər işləyən gənclərin olduğunu bildirib: 

“Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyimiz həyalıdıır deyə belə münasibət göstərmək olmaz”. 

Spiker həmkarının çıxışına sərt reaksiya verib: 

“Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə də mən əsəbləşdim. Məcburi köçkünləri Qarabağa yerləşdirəndən sonra danışarıq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki