image-ads_n1karobka_mobile
image-20180321_gaf_u40_1153-pic905-895x505-25327backend

Stokholm xəbərdarlıq edir ki, nüvə gücləri silahlanmaya başlayır

Nüvə gücləri geosiyasi gərginlik fonunda öz arsenallarını genişləndirir, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bu qənaətə gəlib, RİA Novosti xəbər verir.

SIPRI-nin məlumatına görə, qeyri-rəsmi “nüvə klubu”nun üzvləri (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail) birlikdə 12 512 nüvə silahına sahib olublar.

Bu saydan iki minə yaxın nüvə silahı (əsasən Rusiya və Amerika) daimi döyüş hazırlığındadır.

1770 döyüş başlığı ilə ABŞ nüvə silahı yerləşdirən ölkələr arasında lider olmaqda davam edir. İkinci yerdə 1674 döyüş başlığı ilə Rusiya, üçüncü və dördüncü yerdə Fransa (280 döyüş başlığı) və Böyük Britaniya (120 döyüş başlığı) qərarlaşıb.

Mənbə: RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki