image-2000x150px
image-123
image-ads_atlas
image-2023-04-03t112634z_845231820_rc2z60avua3k_rtrmadp_3_ukraine-crisis-nato-pic_32ratio_900x600-900x600-93117backend

Stoltenberq Ukraynanın NATO-ya üzv olmaq şanslarını dəyərləndirib

image-728x90px

Ukrayna heç vaxt NATO-ya üzv olmağa indiki qədər yaxın olmayıb.

RİA Novosti xəbər verir ki, bu sözləri Avropa Parlamentinin (AP) xarici işlər, müdafiə və təhlükəsizlik komitələrinin birgə iclasında Şimali Atlantika Alyansının baş katibi Yens Stolteberq deyib.

Təşkilat rəhbərinin sözlərinə görə, hətta iyulda Vilnüsdə keçirilən sammit zamanı Ukraynanın NATO-ya daxil olması ilə bağlı konkret qərarlar qəbul edilib. O cümlədən, forum iştirakçıları Kiyevə hərtərəfli yardım paketinin ayrılmasını təsdiqləyib və onun maliyyələşdirilməsinə dair razılığa gəliblər. Bu, Alyansa tam uyğun olan Ukrayna ordusunun yaradılması üçün edilib, Stoltenberq vurğulayıb.

“Biz NATO-Ukrayna Şurası yaratmaqla siyasi əməkdaşlığı gücləndirmişik, burada bərabərhüquqlu şəkildə görüşürük və qərarlar qəbul edirik. Biz həmçinin NATO-ya gedən yolu iki pillədən bir pilləyə endirərək, Ukraynanın Üzvlük üzrə Fəaliyyət Planının icrasını ləğv etdik”, – deyə baş katib əlavə edib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki