Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarında uğurlarını davam etdiriblər.
Doğru.az xəbər verir ki, Onur Quluzadə və Adil Əhmədzadə qoşa yarışların finalında rusiyalı İvan Zaytsau – Aleksey Rabuşka cütü ilə qarşılaşıb. Rəqiblərinə 0-3 hesabı ilə uduzan idmançılarımız gümüş medalla kifayətləniblər.
Qarışıq-qoşa yarışlarda Onur Quluzadə – Mərziyyə Nurmətova tandemi, eləcə də qızların qoşa yarışında Aylin Əsgərova – Yağmur Məmmədli dueti üçüncü yerə sahib çıxaraq bürünc medal qazanıb.
Qeyd edək ki, bu nəticələrlə Azərbaycan stolüstü tennisçilərinin MDB Oyunlarındakı medallarının sayı 6-ya çatıb. Bundan öncə oğlanlardan və qızlardan ibarət komandalar ikinci yeri tutub, Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal əldə edib.
Sabah isə Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova şəxsi yarışların final görüşündə mübarizə aparacaq.
DOĞRU.AZ