image-ads_n1karobka_mobile
image-ria_6714595-pic_32ratio_900x600-900x600-46144backend

Suriya Səudiyyə Ərəbistanına uçuşların nə vaxt bərpa olunacağını açıqlayıb

Suriyanın “Əl Vətən” qəzetinin məlumatına görə, Suriya ilə Səudiyyə Ərəbistanı arasında hava əlaqəsi iyulun sonunda bərpa olunacaq.

“Səudiyyə rəsmiləri Suriyanın iki ölkə arasında uçuşların bərpası tələbini təmin edib. İndi biz Suriya Hava Yolları və Cham Wings Hava Yollarının krallıqda ofislərini açmasını gözləyirik”, – Suriya Mülki Aviasiya İdarəsinin direktoru Basem Mansur bildirib.

O, bunun Ərəb Dövlətləri Liqasının Ərəb Mülki Aviasiya Təşkilatının ölkədə fəaliyyətini bərpa etməsindən sonra mümkün olduğunu izah edib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səudun suriyalı həmkarı Feysal Mikdadı Ər-Riyada rəsmi səfərə dəvət etdiyi məlum olub.

Mənbə: Haber Global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki