image-2000x150px
image-123
image-ads_atlas
image-1636282240_1636271823_1636264717_bna-xeberbackend

Sürücülərin nəzərinə: 50 manat cərimə – VİDEO

image-728x90px

Yollarda baş verə biləcək ağır qəzaların sayını minumuma endirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzlərində yenilik edilib. Texniki baxışa təqdim olunan avtomobillərin alt işlək hissələri də xüsusi vasitələrlə yoxlanışdan keçirilir. Əgər nasazlıq varsa, bu barədə sürücüyə məlumat verilir.

Doğru.Az xezerxeber.az-a istinadən xəbər verir ki, bu arada polis avtomobilinin texniki baxış vaxtı çatan sürücülərə də müraciət edib.

Texniki Müayinə Mərkəzinin əməkdaşı Kamal Əhmədli “Xəzər Xəbər”ə deyib ki, avtomobillərin texniki cəhətdən sazlığı yol hərəkəti təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. O, bəzi hallarda sürücülərin avtomobillərini texniki baxışa son gündə təqdim etmələrinin onlar üçün çətinliklər yaratdığını deyir.

Bu arada ramazan bayramı günlərində texniki müayinə mərkəzləri də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, avtomobilini vaxtında texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki