image-2000x150px
image-123
image-ads_atlas
image-1643002037_42da08d5-83b7-445b-b586-7737f6f206ecbackend

“Şuşa”nın qaytarıldığını deyir, sənədlərdə isə “Buta” qalır – FOTOFAKT

image-728x90px
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi müzakirələrə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, komandanın rəhbəri Müşfiq Abbasov “Şuşa”nın adının sonradan bərpa edildiyini desə də, KVN-nin rəsmi “İnstagram”səhifəsində adlar yayımlanıb.

Ötən gün yayımlanan siyahıda “Buta” adı saxlanılıb.

Məlumatda “Buta”nın 22 komanda ilə birlikdə çempionatda iştirak edəcəyi yazılıb.

Xatırladaq ki, bundan əvvəl Soçidə hər il keçirilən festivala yollanan və birinci mərhələdən uğurla keçən “Şuşa” ŞHK komandası ikinci mərhələdə adını dəyişmək məcburiyyətində qalıb.

Bu xəbər azərbaycanlı sosial şəbəkə istifadəçilərinin hiddətinə, ermənilərin isə sevincinə səbəb olub. Vətəndaşlarımız qeyd ediblər ki, komandanın adını dəyişməkdənsə, ŞHK-dən ayrılmaq daha yaxşıdır.

Komandanın prodüseri Müşfiq Abbasov məlumat verib ki, birinci turdan sonra baş tutan iclasda redaktorlardan bir nöbəti mərhələdə iştirak edəcək komandaların siyahısını açıqlayıb. O, bildirib ki, “Şuşa” komandası ancaq adını dəyişdiyi təqdirdə ikinci turda iştirak edə bilər. Bu tələbi milliyyətcə erməni, Aleksandr Maslyakovun müavini Ruben Caqinyan irəli sürüb.

Müşfiq Abbasovun sözlərinə görə, ikinci mərhələyə adlamaq və Aleksandr Maslyakovla görüşmək imkanı əldə etmək üçün onların komandası adını dəyişmək məcburiyyətində qalıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki