image-2000x150px
image-123
image-ads_atlas
image-susa-cadirbackend

 Şuşa yolunda qurulan çadırlar: Xankəndinə qayıdışın…

image-728x90px

Vətəndaş cəmiyyətinin nümayəndələri Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi yolda etiraz aksiyası keçirir: Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun gəlməsini istəyir; etirazçılar artıq 3 çadr qurublar və tələblər yerinə yetirilməyənə qədər yolu açmayacaqlarını bəyan ediblər;

Bu, Rusiya sülhməramlılarının Qarabağ iqtisadi rayonunda erməni separatçılarla təşkil etdiyi “mülki təxribata” qarşı mülki etiraz formasıdır. Azərbaycan öz suveren ərazisində ekoloji monitorinq keçirmək məqsədilə sülhməramlılarla danışıqlar apardı, daha sonra nümayəndələrimiz monitorinqə başlamaq üçün bölgəyə getdilər. Və bu zaman separatçıların yeni “siması” olaraq bölgəyə gətirilən Ruben Vardanyan başının dəstəsi ilə peyda oldu və monitorinqin qarısını aldı.

Şübhəsizdir ki, bu, Rusiyanın təşkil etdiyi plan idi: sülhməramlılar bir tərəfdən Azərbaycanın monitorinq tələbi ilə razılaşmağa məcbur olur, digər tərəfdən, separatçılar vasitəsilə “mülki təxribat” törətməklə bunun qarşısını alır;

Bu plana qarşı mülki etiraz aksiyasının təşkil edilməsi doğru strategiyadır:

Birincisi, Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqin keçirilməsinin Azərbaycan xalqının tələbi olduğu nümayiş etdirilir;

İkincisi, “mülki ermənilərin” tələbini nəzərə alan sülhməramlılar mülki azərbaycanlıların da tələbini nəzərə almalıdır, əks təqdirdə, bölgədə qalması sual altındadır;

Üçüncüsü, artıq çadırlar qurulub və sülhməramlıların yeganə çıxış yolu tələblərin qəbul edilməsidir: bunun əksini etmək – yolu açmaq üçün güc tətbiqi ssenarisini işə salmaq Azərbaycan ordusunun mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün yola enməsi zərurətini yaradacaq;

Bu aksiya, ümumilikdə Qarabağ iqtisadi rayonuna qayıdışın cığırını da açdı və bundan sonra Xankəndindən çıxarılmış vətəndaşlarımız da, Xocalıya qayıtmaq istəyənlər də evlərinə qayıtmaq tələbi ilə çıxış edəcəklər. Eyni zamanda, 2025-ci ildə sülhməramlılar bölgədən çıxmaq istəməsə, yenə xalqın etirazı ilə üzləşəcək. Artıq bölgədə müvəqqəti yerləşdirilmiş sülhməramlıların qarşısında diplomatlar və hərbçilər yox, bütöv xalq var.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki