Bu gün “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır.
Doğru.az xəbər verir ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumunun, eləcə də sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.
Forumun iştirakçıları arasında yerli və xarici media təmsilçiləri, ekspertlər və rəsmi şəxslər də var. Açılış mərasimindən sonra tədbir sessiyalarla davam edəcək.
Forum çərçivəsində iştirakçıların Ağdama və Laçına səfərləri də planlaşdırılıb.
DOĞRU.AZ