image-ads_n1karobka_mobile
image-upload-2021-08-11t163724z_1864315496_rc243p9pyn77_rtrmadp_3_afghanistan-conflict-taliban-_1_-pic_32ratio_1200x800-1200x800-84386backend

Taliban Əfqanıstan qadınlarına “azad insanlar” statusunu qaytardıqlarını söylədi

TASS xəbər verir ki, Talibanın ali lideri Haybətullah Axundzadə deyib ki, Taliban rejimi əfqan qadınlarını “ənənəvi zülmdən” azad edib və onlara “azad insanlar” statusunu qaytarıb.

Bu sözləri Axundxada Qurban bayramı münasibətilə təbrik məktubunda qeyd edib.

Taliban rejiminin nailiyyətləri arasında “qadınların azad və layiqli insanlar statusunun bərpası da var və bütün qurumlar qadınlara nikah, vərəsəlik və digər hüquqların təmin edilməsində yardım etməyə borcludur”. Eyni zamanda, yeni rejimin “qadınların İslam şəriətinə uyğun olaraq rahat və firavan həyat yaşaması üçün lazımi addımlar  atdığı, qadınların problemlərinin 20 illik Amerika işğalı ilə əlaqələndirildiyi vurğulanır.

Mənbə: TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki