ERR yazır ki, Estoniya Polisi və Sərhəd Mühafizəsi Şurası mayın 9-u ərəfəsində Tallinndə və bir sıra əyalətlərdə ictimai toplantılar, yürüşlər və Rusiya ilə əlaqəli simvolların nümayişini qadağan edib.
“Polis və Sərhəd Mühafizə Şurası Harju dairəsində, eləcə də Lääne-Virumaa və Ida-Virumaa əyalətlərində ictimai toplantılara qadağa qoyur. Qadağa mayın 8-dən 10-dək qüvvədədir”, – RİA Novosti.
Qanunu pozanları cərimə və ya həbs gözləyir.
Keçən il Estoniyanın Narva şəhərinin sakinləri mayın 9-da çayın o tayında İvanqorodda konsertə baxdılar.
DOĞRU.AZ