image-2000x150px
image-123
image-ads_atlas
image-img-20211124-wa0100backend

“Tarixi yaşadanlar” adlı layihenin növbəti mərhələsinə star verildi – FOTO

image-728x90px

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin, YAP-ın üzvü, Gənclər Mükafatçısı, İki dəfə Prezident təqaüdçüsü Aysel Kərim Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə “Tarixi yaşadanlar” adlı layihə həyata keçirməkdədir. Bu yaxın zamanda layihənin növbəti mərhələsi başlayacaqdır.

Doğru.az saytı xəbər verir ki, layihədə Aysel Kərimin “Kəpənəyin göz yaşı” və “Bir ovuc yağış” adlı şeir kitabları ilə yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İB-nin sədri Leyla Əliyevanın, Xalq yazıçıları, Xalq şairləri həmçinin millət vəkillərinin kitabları da yer alır.

Layihə çərçivəsində görkəmli yazıçılarımızla hərbiçilərimizin görüşləri baş tutacaq. Hərbi təhsil müəsisələrinə, hərbi hissələrə, orduya, əsgərlərə kitab bağışlanması, kitabın təbliği bu layihənin əsasını təşkil edir. Qeyd edək ki, layihəyə “Nizami Gəncəvi ili”ndə start verilməsi layihənin Böyük Nizaminin 880 illiyinə həsr edilməsi anlamındadır.

DOĞRU.AZ

image-img-20211124-wa0096 image-img-20211124-wa0097 image-img-20211124-wa0104 image-img-20211124-wa0112

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki