Tailand kralı Maha Vajiralonqkorn (Rama X) keçmiş baş nazir Thaksin Shinawatra-nın həbs müddətini səkkiz ildən bir ilə endirmək qərarına gəlib.
Bu barədə Bloomberg məlumat yayıb.
“Əlahəzrət kral əfv fərmanı verdi. O, baş nazir olub, ölkəni idarə edib, ölkənin və xalqın inkişafına töhfə verib, eyni zamanda monarxiya institutuna sadiq olub”, – sənəddə deyilir.
Şinavatra 2001-2006-cı illərdə Taylandın baş naziri olub. O, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında olarkən quru qoşunlarının baş komandanı Sonta Bunyaratglinin başçılıq etdiyi bir qrup hərbçi dövlət çevrilişi həyata keçirib. Şinavatra xaricdə qaldı. O, məhkəmə qarşısına çıxmaq üçün 2008-ci ildə Taylanda səfər edib. O, həbs edilib, lakin zaminə buraxılıb. Daha sonra siyasətçi nəhayət ölkəni tərk edib.
Mənbə: Bloomberg