image-2000x150px
image-123
image-ads_atlas
image-17072300563251346785_1200x630backend

TƏBİB Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir – FOTO

image-728x90px

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili tədbirləri çərçivəsində tibbi xidmətlərin göstərilməsi təmin olunacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Doğru.az-a bildirilib ki, prezident seçkiləri ilə əlaqədar TƏBİB Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir.

Görülən tədbirlər çərçivəsində TƏBİB-in müvafiq tabeli tibb müəssisələri 5-8 fevral tarixlərində gücləndirilmiş iş rejimində çalışır.

Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək.

Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən-müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq.

Yeni Klinika və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub.

Eyni zamanda, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, seçkiləri müşahidə etmək hüququnu almış xarici müşahidəçilər tibbi xidmətlərlə təmin ediləcəklər.

Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency” otellərində 5-8 fevral tarixlərində həkim məntəqəsi, “Radisson Hotel Baku” otelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib. Təcrübəli, eyni zamanda, xarici dil bilikləri olan tibbi heyət növbətçilik əsasında təhkim olunublar. Zəruri təchizat və təminat işləri yerinə yetirilib.

DOĞRU.AZ

image-17072300566156739534_1200x630 image-17072300562248325773_1200x630 image-1707230056271867522_1200x630 image-1707230056117460403_1200x630 image-17072300562426851619_1200x630 image-17072300566206257169_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki