image-n1karobka_ads
image-123
image-xestexanabackend

TƏBİB Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb.

TƏBİB-dən bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib.

Hazırda Naibə Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə qəbul olunub, ona zəruri həkim baxışı və müayinələr təyin olunub.

Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki