image-ads_n1karobka_mobile
image-nocomment_fd70fa6822a6c8f1d4caca9d2de34f92_fslu8hmg0rcyo14tpkwxbackend

TƏCİLİ! İran bu ölkəyə zərbə endirdi – Dağıntılar var – VİDEO

İran Silahlı Qüvvələri İraq Kürdüstanının Ərbil şəhərində yerləşən “Komala” partiyasının qərargahına hücum təşkil edib. “Komala” (İran Kürdüstanı Komala Partiyası) İraq Kürdüstanında mənzillənən sosial-demokrat təmayüllü siyasi təşkilatdır. Bu partiya İran hökumətinə qarşı kəskin müxalif mövqeyi ilə tanınır və rəsmi Tehran tərəfindən mütəmadi olaraq hədəf alınır.

NOCOMMENT.az xəbər verir ki, İran ordusu Süleymaniyyə və Ərbil bölgələrində yerləşən bu cür qruplaşmalara qarşı tez-tez pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirir. Son hücumun bölgədə gərginliyi artırdığı bildirilir. İran tərəfi bu addımları ölkənin milli təhlükəsizliyini qorumaq və sərhədyanı bölgələrdəki terror təhdidlərini neytrallaşdırmaq məqsədilə atdığını bəyan edir. “Komala” partiyası isə öz növbəsində İran daxilindəki kürd əhalisinin hüquqlarını müdafiə etdiyini iddia edərək fəaliyyətini davam etdirir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki