image-n1karobka_ads
image-123
image-6962a2bbae5ac918d517c0c6backend

Tehran iğtişaşlarına hərbi XƏBƏRDARLIQ

image-ad_qayo_720x110px

İran ordusu ölkədə davam edən etirazlar fonunda vəziyyəti qiymətləndirərək, ictimai əmlakı qorumaq niyyətində olduğunu açıqlayıb.

Doğru.az TASS agentliyinə istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir:

“Ordu milli maraqları, ölkənin strateji infrastrukturunu və dövlət əmlakını qətiyyətlə qoruyacaq”.

Hərbçilər eyni zamanda sakinləri “ayıq-sayıqlığa və milli müdrikliyə” çağırıblar.

Daha əvvəl məlum olmuşdu ki, etirazlar zamanı atışmada yaralanan ən azı 217 nəfər Tehranda altı xəstəxanada ölüb. Paytaxt hakimiyyəti iğtişaş iştirakçılarının banklar və məscidlərdə kütləvi dağıntılar törətdiyini də bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki