image-2000x150px
image-123
image-ads_atlas
image-e7fcd782-6adc-4750-9180-96968c5e0ec6backend

Təl-Əvivdə Azərbaycandakı yəhudi irsinə dair təqdimat keçirilib

image-728x90px

İsrailin Təl-Əviv şəhərində Dünya Yəhudilərinin Səyahəti (World Jewish Travel) təşkilatının təşəbbüsü ilə “Yəhudi İpək Yolu” adlı tədbir keçirilib.

Tədbirdə iştirakçılara Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova tərəfindən Azərbaycanın çoxillik yəhudi irsi, yəhudi icmasının sıx şəkildə məskunlaşdığı Qırmızı qəsəbə, o cümlədən yəhudi irsinin mövcud olduğu Bakı, Quba, Oğuz, İsmayıllı və digər ərazilər haqqında məlumat verilib.

İştirakçılara Azərbaycanın müxtəlif yerlərində qədim sinaqoqların izlərinin aşkarlandığı və hazırda ölkədə yeddi sinaqoqun fəaliyyət göstərdiyi bildirilib.

Tədbirdə həmçinin, Türkiyə, Gürcüstan, Özbəkistan və Hindistanı təmsil edən nümayəndələr ölkələrindəki yəhudi irsinə dair təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, İpək Yolu üzərində yerləşən və məhz yəhudi mədəniyyətinin çiçəklənməsinə töhfə verən şəhərləri birləşdirən konseptual layihə “Yəhudi İpək Yolu” adlanır.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 14-15 fevral tarixlərində Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunub.

DOĞRU.AZ

image-c90e6a76-4034-4e72-b2a6-339a580f11e8 image-9fc7b7f1-1dbf-46e5-8303-1f87809bfad4

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki