image-2000x150px
image-123
image-ads_atlas
image-fermanbackend

Tələbələrə verilən Prezident təqaüdünün məbləği artırıldı

image-728x90px

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Fərmanla Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilib.

Qeyd edək ki, dəyişikliyə qədər bu kateqoriyadan olan şəxslərə verilən təqaüdün məbləği 250 manat idi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki