Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.
Yeniçağ.az xəbər verir ki, bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.
Bildirilib ki, deputatlığa namizədin növbəti görüşü Neftçala Olimpiya İdman Kompleksində təşkil olunub.
Tənzilə Rüstəmxanlının təbliğat kampaniyaları içərisində ən böyüyü olan görüşə mindən çox seçici qatılıb. Tənzilə Rüstəmxanlı böyük coşqu və alqışlarla qarşlanıb.Görüş Azərbaycanın dövlət himninin oxunması və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Əvvəlcə, Tənzilə Rüstəmxanlıdan bəhs edən qısa video-çarx izlənilib.
Görüşdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, xeyriyyəçi iş adamı Akif Kərimov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətininin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və namizədin vəkili Hüseyn Qurbanov çıxış edib.
DOĞRU.AZ