Qazaxıstanda təhlükəsizlik xidmətləri 2023-cü ildə iki terror aktının qarşısını alıb.
Kazinform xəbər verir ki, bunu Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədr müavini Ruslan Seysembayev deyib.
ŞƏT-in Regional Antiterror Strukturu Şurasının iclasında departament rəhbərinin müavini bildirib ki, hazırda ölkədə artan terror təhlükəsi qalmaqdadır, Qazaxıstanda isə hər il ən azı iki terror aktının qarşısı alınır.
Onun sözlərinə görə, 2023-cü ildə hazırlığın ilkin mərhələsində Türküstanda Xoca Əhməd Yasəvinin məqbərəsində əldəqayırma partlayıcı qurğunun işə salınması cəhdlərinin və Astanada insanların sıx toplaşdığı yerlərdə silahlı hücumun qarşısı alınıb.
MTŞ-yə daxil olan məlumatlar onu deməyə əsas verir ki, ŞƏT-ə üzv dövlətlər üçün terror təhdidlərinin formalaşması “bir sıra dominant amillərin təsiri altında baş verir”, – komitə sədrinin müavini əlavə edib.
Mənbə: Lenta.ru