image-n1karobka_ads
image-123
image-rian_8192283-hr-pic_32ratio_900x600-900x600-38649backend

Tokayev Nazirlər Kabinetinə Qazaxıstan və Qırğızıstan sərhədindəki vəziyyəti həll etməyi tapşırıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə Qırğızıstanla sərhəddəki keçid məntəqələrində yaranmış vəziyyəti həll etməyi tapşırıb.

Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti Telegram-da məlumat yayıb.

“Dövlət başçısı Qazaxıstan-Qırğızıstan sərhədində yaranmış vəziyyəti ölkələrimiz arasında tərəfdaşlıq və qardaşlıq münasibətləri ruhunda həll etməyi hökumətə tapşırıb”, – məlumatda deyilir.

Tokayev həmçinin sərhəddən qeyri-qanuni yüklərin daşınmasının qarşısını almaq üçün rəqəmsallaşma və avtomatlaşdırmanın daha fəal tətbiqi məsələsi ilə bağlı Qırğızıstan nümayəndələri ilə danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki