image-2000x150px
image-123
image-ads_atlas
image-2023-09-09t184455z_1844076850_rc2553a8m6rg_rtrmadp_3_g20-summit-japan-fukushima-pic_32ratio_900x600-900x600-7791backend

Tokio Rusiyaya “Fukusima-1” AES-dən suyun buraxılması ilə bağlı əlavə məlumat verib

image-728x90px

Tokio Rusiyaya zədələnmiş “Fukusima-1” AES-dən suyun okeana buraxılması ilə bağlı əlavə məlumatlar təqdim edib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rosselxoznadzorun 26 sentyabr tarixli press-relizi ilə əlaqədar oktyabrın 10-da onlayn dialoq keçirilib və bunun ardınca Yaponiya Rusiya tərəfinə Fukusima-1-dən suyun buraxılması ilə bağlı əlavə məlumat verib.

Tokio qeyd edib ki, Yaponiya Rusiyaya elmi məlumatlara əsaslanan izahatları ən “şəffaf və vicdanlı formada” verməyə davam edəcək. Yaponiya Xarici İşlər Nazirliyi Fukusima-1-dəki vəziyyətin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən izləndiyini vurğulayıb.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki