44 gün davam edən haqq mübarizəmiz xalqımızın, biz gənclərin yaddaşında qürur verici “Zəfər Tarixi” olaraq yazılmışdır.
O dövrdə qəhrəman əsgərlərimiz cəbhədə əzəli torpaqlarımız üçün mübarizə apararkən biz gənclər öz növbəmizdə aktiv şəkildə informasiya sistemində öz mübarizəmizi aparırdıq.
Sosial şəbəkələrdə əsasən Facebook-da
“Ali Baş Komandan” səhifələrində Cənab Prezident İlham Əliyevin siyasətini təbliğ etməkdən böyük qürur hissi duyuram.
Ölkə başçımızın vətənpərvər gənclərin yetişdirilməsi siyasətinin yüksək nəticəsidir ki, həmin gənclər işğalda olan torpağlarımızı öz canı,qanı bahasına geri aldı.
Bunu “Doğru.az” a açıqlamasında Ali Baş Komandan idarə heyətinin təsisçi admini, “İDEA Campaign “, “İslahatçı Gənclər İctimai Birliyinin”, “Vatan Partisi” və digər gənclər təşkilatlarının rəsmi üzvü olan sosial-ictimai fəal könüllü iştirakçı Müjgan Məmməd-zadə deyib.
DOĞRU.AZ