image-n1karobka_ads
image-123
image-68dbd69902e8bd77870138a0backend

Trabzon sahillərində Ukraynaya məxsus pilotsuz qayıq tapıldı

image-ad_qayo_720x110px

Türkiyənin Trabzon əyaləti sahillərində balıqçılar Ukraynaya məxsus pilotsuz qayıq aşkarlayıblar.

Doğru.az xəbər verir ki, hadisə ilə bağlı dərhal səlahiyyətlilər və sahil mühafizəsi məlumatlandırılıb. Pier ərazisi mühasirəyə alınıb, sahil sakinləri təxliyə edilib. Hadisə yerinə sualtı bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər də cəlb olunub ki, bu da qayıqda partlayıcıların ola biləcəyinə işarə edir.

Qeyd edək ki, bundan əvvəl Rumıniyanın müdafiə naziri İonut Moşteanu Varşavada keçirilən təhlükəsizlik forumunda ölkədə daha bir pilotsuz təyyarənin tapıldığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki