ABŞ prezidenti Donald Tramp iyunun 15-dən 17-dək G7 sammitində iştirak etmək üçün Kanadaya səfər edəcək.
Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
“Prezident Tramp iyunun 15-dən 17-dək Kanadada keçiriləcək G7 sammitinə səfər edəcək”, – TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Tramp bildirib ki, G8 formatı G7 formatından qat-qat yaxşıdır və Qərb Rusiya ilə münasibətləri kəsərək ondan imtina etməməli idi.
Politico-nun yazdığı kimi , Vaşinqton G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekun sənədinə Kiyevə əlavə yardım haqqında ifadələrin daxil edilməsini dəstəkləmir.
DOĞRU.AZ