ABŞ prezidenti Donald Tramp ölkəsinin həm dünya müharibələrində, həm də bu müharibələr arasında baş vermiş bütün hərbi münaqişələrdə qalib gəldiyini bildirib.
Doğru.az xəbər verir ki, Tramp bu fikri RİA Novosti-yə açıqlamasında səsləndirib:
“Biz Birinci Dünya Müharibəsində qalib gəldik, İkinci Dünya Müharibəsində qalib gəldik. Biz əvvəl və aralarındakı hər şeyi qazandıq”.
Xatırladaq ki, iyun ayında Tramp ABŞ-ın iki dünya müharibəsində qalib olduğunu iddia etmiş və amerikalıların bunu qeyd etməyə başlama vaxtının çatdığını əlavə etmişdi.
DOĞRU.AZ