ABŞ prezidenti Donald Tramp hökumətin bağlanma ehtimalını istisna etməyib.
Doğru.az xəbər verir ki, CBS News-a açıqlamasında Tramp “Heç nə qaçılmaz deyil, amma bu, çox güman ki, mümkündür” deyə bildirib.
Daha əvvəl vitse-prezident J.D. Vens də qeyd etmişdi ki, demokratlarla fikir ayrılıqları səbəbindən ABŞ hökuməti bağlanma təhlükəsi ilə üz-üzədir.
Eyni zamanda, Konqresin Nümayəndələr Palatasının spikeri Mayk Conson hökumətin bağlanmasının ABŞ üçün fəlakət olacağını vurğulayıb.
DOĞRU.AZ