ABŞ Prezidenti Donald Tramp Venesuelanın bütün neft ehtiyatlarının ABŞ-ın nəzarətində olduğunu iddia edib.
Doğru.az xəbər verir ki, Donald Tramp bu fikirləri “New York Post” qəzetinə verdiyi müsahibədə səsləndirib. ABŞ prezidenti açıqlamasında Venesuelanın faktiki olaraq neftə sahib olmadığını bildirib:
“Bunu sizə deməyə icazəm yoxdur… Amma gəlin bunu belə deyək: onların nefti yoxdur. Biz nefti götürürük… Biz Venesuelada neft hasil edirik… Venesuela bir az neft əldə edəcək”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Venesuelanı “sevdiyini” bəyan etmiş, həmçinin bu ölkənin ABŞ-a neft satışından əldə etdiyi gəlirin artacağını vəd etmişdi.
DOĞRU.AZ




























