ABŞ prezidenti Donald Tramp Vaşinqtonda yəhudi muzeyində baş verən ölümcül atışmadan sonra “antisemit” qətlləri dərhal dayandırmağa çağırıb.
Bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Vaşinqtonda antisemitizmdən qaynaqlanan bu dəhşətli qətllər indi dayandırılmalıdır!” – mesajda deyilir.
Tramp ABŞ-da nifrət və radikalizmə yer olmadığını qeyd edib, həmçinin həlak olanların yaxınlarına başsağlığı verib.
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem yəhudi muzeyi qarşısında atışma zamanı iki İsrail səfirliyinin əməkdaşının öldüyünü rəsmən təsdiqləyib.
NBC əvvəllər atəş açan şübhəlinin Fələstin tərəfdarı şüar səsləndirdiyini bildirmişdi.
DOĞRU.AZ