Ağ Evin keçmiş rəhbəri Donald Trampın sözlərinə görə, ABŞ prezidenti Co Bayden milyonlarla amerikalıya qarşı son dərəcə ədalətsiz rəftar nümayiş etdirib.
Bu barədə Fox News xəbər verir.
Belə ki, o, ABŞ Ali Məhkəməsinin Amerika liderinin 430 milyard dollarlıq tələbə borclarını silmək planının qarşısını almaq qərarına reaksiya verib.
“Baydenin tələbə borcunu silmək planının həyata keçirilməsi borclarını zəhmət və səylə ödəmiş milyonlarla insana qarşı çox ədalətsizlik olardı. Çox ədalətsizdir”, – Tramp bildirib.
O, həmçinin əlavə edib ki, Bayden planı saxtakarlıq və hətta korrupsiya hesab edilə bilər. Tramp vurğulayıb ki, bu təşəbbüslə ABŞ prezidenti seçicilərin “səslərini almaq” istəyib.
Mənbə: Haber Global