ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin yaxın çevrəsini xəyanətdə ittiham edərək, onun fiziki və psixi sağlamlıq problemlərini bildiklərini, lakin onları gizlətdiklərini iddia edib.
O, bu barədə Truth Social sosial şəbəkəsində yazıb və bu hərəkətlərin ABŞ-ı böyük təhlükə qarşısında qoyduğunu vurğulayıb.
“Onlar prezident kürsüsünü oğurlayıblar və bizi böyük təhlükə qarşısında qoyublar. Bu, ən yüksək səviyyədə xəyanətdir! Onlar bunu ölkəmizi məhv etmək üçün ediblər”, – siyasətçi bildirib.
ABŞ-ın 82 yaşlı keçmiş prezidentinə daha əvvəl prostat xərçənginin aqressiv forması diaqnozu qoyulmuşdu.
Daha sonra mülki hüquq müdafiəçisi Leo Terrell Baydenin həyat yoldaşı Jillin ərinə qarşı zorakılığa görə mühakimə oluna biləcəyini təklif etdi.
DOĞRU.AZ