ABŞ prezidenti Donald Tramp Ağ Evin keçmiş rəhbəri Co Baydenin xərçəng xəstəliyinə tutulması xəbərindən kədərləndiyini bildirib.
“Melaniya və mən Co Baydenin son tibbi diaqnozunu öyrəndiyimiz üçün kədərləndik” dedi Truth Social-da.
Həmçinin, RİA Novosti-nin məlumatına görə , Amerikanın hazırkı prezidenti sələfinə tezliklə sağalmasını arzulayıb.
“Biz Jill və ailəsinə ən səmimi və ən xoş arzularımızı, Coya isə sürətli və uğurlu sağalma diləklərimizi çatdırırıq”, – postda deyilir.
New York Times daha əvvəl Baydenə xərçəngin aqressiv forması diaqnozu qoyulduğunu yazmışdı. Nəşrin məlumatına görə, ABŞ-ın keçmiş prezidenti və ailəsi həkimləri ilə müalicə variantlarını müzakirə edir.
DOĞRU.AZ