ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən ölkənin hazırkı prezidenti Co Bayden haqqında son dərəcə hörmətsizliklə danışaraq onu “Ağ Evi zəbt edən gülüş obyekti” adlandırıb.
Trampın fikrincə, “yarmaz Co”nun dövründə amerikalılar xaos, qan tökülməsi, müharibə, terror yaşadı. Keçmiş prezident Baydeni “Ağ Evi işğal edən gülüş obyekti” hesab edir.
Tramp qeyd edib ki, ABŞ-ın bütün dünyadakı rəqibləri Baydenlə nə qədər şanslı olduqlarına inana bilmirlər. Və bütün planetdəki hər bir “canavar, yaramaz, diktator və terrorçu” hazırkı Amerika prezidentinin yanında özünü əla hiss edir.
Mənbə: CNN Türk