image-n1karobka_ads
image-123
image-8a156c2e-ef7d-44e2-88ed-612e60a00aad_w408_r1_sbackend

Tramp Çini yeni tariflərlə hədələyib

image-ad_qayo_720x110px

Amerika lideri Donald Tramp fentanil qaçaqmalçılığı ilə bağlı vəziyyətin həll olunmayacağı təqdirdə Çini fevralın 1-dən yeni tariflərin tətbiqi ilə hədələyib.

“Çin üçün 10%, çünki Meksika və Kanadaya fentanil göndərirlər. Biz yəqin ki, fevralın 1-nə təyin etməyi düşünürük”, – deyə siyasətçi bildirib.

Eyni zamanda, RİA Novosti-nin qeyd etdiyi kimi , Tramp Kanada əvəzinə “Çin” deməklə səhv etmiş ola bilər.

Bundan əvvəl Tramp fevralın 1-dən Meksika və Kanadadan gələn mallara rüsumların tətbiq ediləcəyini bildirmişdi . CNN-in məlumatına görə , Çindən gələn mallara tətbiq edilən rüsumlarla bağlı suala Tramp prezident kimi ilk dəfə tətbiq etdiyi tariflərin hələ də qüvvədə olduğunu qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki