ABŞ prezidenti Donald Tramp deyib ki, İranın dörd nüvə obyekti ola bilərdi, onlardan biri əsas deyil. O, bu barədə Fox News-a müsahibəsində bildirib.
Biz bilirdik ki, onların çoxlu obyektləri var, bəlkə də üç üstəgəl bir, lakin onların üç əsas obyekti olduğu deyilirdi.
Tramp İranın hansı dördüncü nüvə obyektindən danışdığını dəqiqləşdirməyib.
Daha əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, Amerikanın Tehranın nüvə obyektlərinə zərbələrindən sonra 400 kq-dan çox potensial zənginləşdirilmiş uran müşahidəçilərin nəzərindən itib.
DOĞRU.AZ