ABŞ prezidenti Donald Tramp iki-üç həftə ərzində dünyanın daha təhlükəsiz olacağına əmin olduğunu bildirib.
O, BƏƏ-yə səfəri zamanı jurnalistlərə müvafiq bəyanatla çıxış edib.
“Dünya indi daha təhlükəsiz olub və mən hesab edirəm ki, iki-üç həftə ərzində daha təhlükəsiz olacaq”, – TASS onun sözlərindən sitat gətirir.
Tramp jurnalistlərlə söhbəti zamanı həmçinin qeyd edib ki, o, belə bir əlaqə yaradan kimi Rusiya lideri Vladimir Putinlə görüşəcək.
DOĞRU.AZ