image-n1karobka_ads
image-123
image-68b7536802e8bd1adb369b12backend

Tramp fon der Leyeni daşıyan təyyarədəki insidenti “maraqlı” adlandırıb

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyeni daşıyan təyyarədə onun telefon siqnalı bloklansa, bundan məmnun olardı.

Doğru.az xəbər verir ki, Tramp bu sözləri Ağ Evdə jurnalistlərlə söhbət zamanı deyib. O, fon der Leyeni daşıyan Bolqarıstan təyyarəsinin enişi zamanı naviqasiya sistemlərinin sıradan çıxmasını “maraqlı hadisə” adlandırıb.

Prezident əlavə edib: “Heç kim bunun haradan gəldiyini bilmir, amma onun telefondan istifadə qabiliyyətini əlindən aldılar. Bilirsiniz, bəzən bu yaxşı bir şeydir. Bu mənim başıma gəlsəydi, çox xoşbəxt olardım.”

Financial Times isə daha əvvəl xəbər vermişdi ki, təyyarənin enişi zamanı naviqasiya sistemində nasazlıq yaranıb və Rusiyanın mümkün müdaxiləsi təyyarənin enişinə təsir edə bilərdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki