image-n1karobka_ads
image-123
image-67ffa76302e8bd20bd5708eabackend

Tramp Harvardı gülünc adlandırır, maliyyəni kəsməklə hədələyir

ABŞ prezidenti Donald Tramp ölkənin ən qədim universitetlərindən biri olan Harvard Universitetini kəskin tənqid edib. Ağ Ev rəhbəri hesab edir ki, universitet “yolunu azıb”, “radikal solçuları” işə götürməyə başlayıb və federal maliyyədən məhrum edilməlidir.

“Harvard gülüş obyektidir, nifrət və axmaqlığı öyrədir, o, artıq federal pul almamalıdır”, – Tramp sosial media hesabında ” Truth” deyib.

Prezident əlavə edib ki, Harvard “Vukizm” tərəfdarlarını və ümumiyyətlə “gələcəyin liderləri” adlandırılan əsl axmaqları işə götürüb.

Tramp universitetin “Amerika tarixinin ən fəlakətli iki idarəçisini”, Nyu-York və Çikaqonun keçmiş merləri Bill de Blasio və Lori Laytfutu işə götürdüyünə istinad edib. Keçmiş məmurlar bələdiyyə idarəçiliyində dərs deyərkən universitetdə “absurd böyük maaşlar” alırlar.

“Bu iki radikal solçu axmaq şəhərləri elə vəziyyətdə qoyublar ki, onların səriştəsizliyinin nəticələrini aradan qaldırmaq üçün illər lazım olacaq”, – prezident vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki