image-2000x150px
image-123
image-ads_atlas
image-ap23197561941863-pic_32ratio_900x600-900x600-49135backend

Tramp həbs olunduqdan sonra seçki kampaniyası üçün təxminən 10 milyon dollar toplayıb

image-728x90px

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında rəsmi həbs prosedurlarından keçdikdən sonra prezident seçkiləri üçün 9,4 milyon dollardan çox ianə toplayıb.

Bu barədə Fox News xəbər verir.

Avqust ayı ərzində siyasətçi 20 milyon dollardan çox pul toplayıb.Trampın rəsmi həbsindən sonra onun şəkli olan köynəklər kimi suvenirlərin satışı bir neçə dəfə artaraq ona 1,7 milyon dollardan çox gəlir gətirib.

Kampaniya qərargahı aydınlaşdırıb ki, alınan pullar Trampın siyasi fəaliyyəti üçün nəzərdə tutulub və hüquqi xərclərin ödənilməsinə sərf edilməyəcək.

Avqustun 24-də Tramp Corciya ştatının Fulton qraflığında həbsxanaya təslim olub. Siyasətçi 2020-ci il seçki işində rəsmi həbs prosedurundan keçib.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki