image-2000x150px
image-123
image-ads_atlas
Tramp HƏMAS-ı dəstəkləyən miqrantları deportasiya etmək niyyətində olduğunu açıqlayıbbackend

Tramp HƏMAS-ı dəstəkləyən miqrantları deportasiya etmək niyyətində olduğunu açıqlayıb

image-728x90px

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə HƏMAS-a rəğbət bəsləyən, həmçinin “İsrailin mövcud olmaq hüququnu” inkar edən miqrantların ölkəyə girişini qadağan edəcəyinə söz verib.

Bu barədə “Reuters” yazır.

Bundan əlavə, Tramp “antisemit” olan əcnəbi tələbələrin vizalarını ləğv edəcəyinə söz verib. Dövlət başçısı vəzifəsinə namizəd miqrantların saxlanılması və deportasiyası üçün Fələstin tərəfdarı aksiyalara hüquq-mühafizə orqanlarının nümayəndələrini də göndərmək niyyətindədir.

“İsrail dövlətini ləğv etmək istəyirsinizsə, [ABŞ-a daxil olmaqdan] diskvalifikasiya olunursunuz, əgər Həmas və ya HƏMAS-ın arxasında duran ideologiyanı dəstəkləyirsinizsə, diskvalifikasiya edilirsiniz, əgər kommunist, marksist və ya faşistsinizsə, diskvalifikasiya olunursunuz”deyə Tramp bildirib.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki