ABŞ prezidenti Donald Tramp İsraili hərbi pilotlarını evlərinə qaytarmağa və İranla atəşkəsi pozmağa son qoymağa çağırıb.
“İsrail. Bu bombaları atmayın. Əgər atsanız, bu, ciddi pozuntu olacaq. Pilotlarınızı indi evə gətirin”, – o, Truth Social-da yazıb.
Bundan əvvəl Reuters agentliyi ABŞ prezidentinin İsrail və İrandan narazı olduğunu və onları atəşkəsi pozmaqda ittiham etdiyini bildirmişdi.
DOĞRU.AZ