Rusiya və Ukraynanın Türkiyədəki danışıqları sülh razılaşmasının mümkün olub-olmadığına dair fikir verəcək.
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Heç olmasa onlar (ukraynalılar – RT ) razılaşmanın mümkün olub-olmadığını müəyyən edə biləcəklər, əgər belə olmasa, Avropa liderləri və ABŞ güc balansını biləcəklər və buna uyğun hərəkət edə biləcəklər”, o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, həmçinin bildirib ki, Ukrayna Putinin İstanbulda birbaşa danışıqlar təklifi ilə dərhal razılaşmalıdır.
Rusiya prezidenti Vladimir Putin Kiyevə birbaşa danışıqları bərpa etməyi təklif edib . O qeyd edib ki, Moskva heç bir ilkin şərt olmadan danışıqları bərpa etməyə hazırdır. Putin dialoqa mayın 15-də başlamağı təklif edib.
DOĞRU.AZ