image-ads_n1karobka_mobile
image-6863ed4202e8bd0f1563505abackend

Tramp Maskın deportasiyasını istisna etmir

Doğru.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İlon Maskın ölkədən deportasiya oluna biləcəyini istisna etməyib.

Bu barədə X sosial şəbəkəsində Ağ Evin böyük müxbiri Emili Qudin məlumat verib. O bildirib ki, Trampa Maskın deportasiyası ilə bağlı sual ünvanlayıb və cavabında o deyib:

“Bilmirəm. Biz bunu araşdırmalıyıq.”

Qeyd edək ki, Tramp daha əvvəl bəyan etmişdi: əgər ABŞ-ın subsidiyaları olmasaydı, Mask Cənubi Afrikaya qayıtmalı olardı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki